ELM VƏ TƏHSİL


Bu gün BDU-da 5 mindən çox tələbə imtahan verir

Bakı, 12 yanvar, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) 2022-2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyası davam edir. Yanvarın 12-də bakalavriatura səviyyəsində 226 qrup üzrə 4 min 551 tələbə, magistratura səviyyəsində 124 ixtisaslaşma üzrə 741 nəfər imtahan verir.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, ümumilikdə sessiya ərzində bakalavriatura səviyyəsində 20 mindən çox, magistratura səviyyəsində isə 1975 tələbə imtahan verəcək. Sessiya zamanı üzrlü və üzrsüz səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün fevralın 7-dən 14-dək şərait yaradılacaq.

İmtahan sessiyası müvafiq qaydalara uyğun təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.