CƏMİYYƏT


Bu gün Bakıda 546 küçə dezinfeksiya edilib

Bakı, 31 iyul, AZƏRTAC

İyulun 31-də Bakıda 546 küçə dezinfeksiya edilib

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu gün paytaxtda geniş daxili iməcilik və gücləndirilmiş dezinfeksiya tədbirləri keçirilib.

Səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən həyata keçirilən işlər zamanı 546 küçə dezinfeksiya olunub.

Eyni zamanda, prospekt və küçələrin, səkilərin kənarlarının, bordürlərin və buradakı işıq dirəklərinin, məhəccərlərin, vitrin və reklam lövhələrinin, ağac və yaşıllıq zolaqlarının yuyulması həyata keçirilib, sınmış ağaclar budanıb, digər lazımi işlər həyata keçirilib.

Həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin müraciətinə cavab olaraq fərdi sahibkarlar və özəl sektor nümayəndələri tərəfindən çalışdıqları mağaza, ictimai iaşə və digər obyektlərin fasadları, vitrinləri yuyulub və obyektlərin qarşısı təmizlənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.