CƏMİYYƏT


Bu gün Bakıda 550 küçə dezinfeksiya edilib

Bakı, 28 noyabr, AZƏRTAC

Son günlərdə koronavirusa (COVID-19) yoluxanların sayında kəskin artımın olması nəzərə alınaraq noyabrın 28-də Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxt ərazilərdəki əsas küçə, prospekt və yollarda sayca 17-ci dəfə həyata keçirilən əlavə gücləndirilmiş dezinfeksiya işləri zamanı ümumilikdə 550 küçə dezinfeksiya olunub.

Bakı Şəhər İcra Hakimiyyəti mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülən bu işlər Bakı şəhərində sakinlərin həyatının təhlükəsizliyinə yönələn tədbirlərin bir hissəsi olaraq mütəmadi davam etdiriləcək.

Koronavirusun daha çox yayılmasına imkan verməmək üçün karantin qaydalarına ciddi riayət etmələri vətəndaşlardan bir daha xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.