CƏMİYYƏT


Bu gün Bakıda 553 küçə dezinfeksiya edilib

Bakı, 26 sentyabr, AZƏRTAC

Sentyabrın 26-da Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxtdakı əsas küçə və prospektlərdə, həmçinin qəsəbələrdə kommunal təsərrüfat xidmətlərinin 40 xüsusi texnikası və Daxili İşlər Nazirliyinin 20 xüsusi təyinatlı avtonəqliyyat vasitəsinin köməyi ilə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılıb. Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, artıq 13-cü dəfədir keçirilən sanitar işləri zamanı ümumilikdə 553 küçə dezinfeksiya edilib.

Görülən bu işlər Bakı şəhərində sakinlərin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq mütəmadi davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.