MƏDƏNİYYƏT
Bu gün Bakıda Anım Gününə həsr edilmiş rəsm sərgisi açılacaq
Bakı, 24 sentyabr, AZƏRTAC
Bu gün saat 16:00-da Xətai Sənət Mərkəzində 27 sentyabr – Anım Gününə həsr edilmiş “Misilsiz cəsarət” adlı rəsm sərgisi açılacaq.
AZƏRTAC xəbər verir ki, sərgi Mədəniyyət Nazirliyi, “ASAN xidmət”, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Sənət Mərkəzinin və “ASAN Könüllülük Məktəbi”nin təşkilatçılığı ilə reallaşacaq.
Sərginin ekspozisiyasında Azərbaycan rəssamları və heykəltəraşlarının müxtəlif üslub və janrlarda Vətən müharibəsi qəhrəmanlarının xatirəsinin əbədiləşdirildiyi əsərləri yer alacaq.
Sərgi Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19 pandemiyası ilə əlaqədar qəbul etdiyi karantin qaydalarına uyğun keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [11:03]
Teatr Xadimləri İttifaqında Beynəlxalq Teatr Günü keçirilib
- 28.03.2024 [11:00]
Gənc Tamaşaçılar Teatrı aprel repertuarını təqdim edib
- 28.03.2024 [10:55]
“Azərbaycan Teatrı” adlı elektron məlumat bazası yaradılıb
- 28.03.2024 [10:50]