İDMAN


Bu gün Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatına yekun vurulacaq

Bakı, 22 sentyabr, AZƏRTAC

Sentyabrın 22-də Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatının sonuncu gününün yarışlarına start verilib.

AZƏRTAC xəbər verir ki, “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatın yeddinci günündə qrup hərəkətləri komandaları final mərhələsində mübarizə aparırlar. İdmançılar 5 top, 2 cüt gürz və 3 halqa ilə proqramlarını təqdim edəcəklər.

Yarışda qrup hərəkətləri komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

Üç halqa və iki cüt gürzlə final yarışlarında Azərbaycan, Yaponiya, Bolqarıstan, Rusiya, Belarus, İsrail, İtaliya və Çin yığmaları mübarizə aparacaq.

Beş topla yarışlarda isə Rusiya, Bolqarıstan, Yaponiya, Belarus, Ukrayna, İtaliya, İsrail və Çin komandaları xalça üzərinə çıxacaqlar.

Dünya çempionatında 61 ölkədən 300-dən artıq gimnast mübarizə aparır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.