İDMAN


Bu gün Bakıda cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq turniri start götürür

Bakı, 10 may, AZƏRTAC

Bu gün Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq turniri start götürür.

AZƏRTAC xəbər verir ki, üç gün davam edəcək nüfuzlu yarışda 57 ölkədən 449 cüdoçu mübarizə aparacaq. Azərbaycan millisi bu turnirdə 43 idmançı (28 oğlan, 15 qız) ilə təmsil olunacaq.

Qadınların yarışında ölkəmizi Leyla Əliyeva, Aişə Qurbanlı, Şəfəq Həmidova, Ramilə Əliyeva (48 kq), Gültac Məmmədəliyeva, Şəfəq Məmmədova, Gülşən Nəzərova (52 kq), Səkinə Zayirova, İçinxorloo Munxtsedev, Larisa Florian (57 kq), Nuriyyə Axundova, Diana Şoronova (63 kq), Günel Həsənli, Aidə Baxışova (70 kq), İrina Kindzerska (78 kq-dan yuxarı) təmsil edəcəklər. Kişilərin mübarizəsində isə Orxan Səfərov, Tofiq Məmmədov, Oruc Vəlizadə, Əhməd Yusifov (60 kq), Nicat Şıxəlizadə, İbrahim Əliyev, İsmayıl İbrahimov, İlkin Babazadə (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov, Rüfət Məmmədov, Telman Vəliyev (73 kq), Murad Fətiyev, Araş Ağayi, Afiq Səfərli, Hasil Cəfərov (81 kq), Məmmədəli Mehdiyev, Tural Səfquliyev, Əliömər Tumayev, Əbdülhəqq Rəsullu (90 kq), Elmar Qasımov, Zelim Kotsoyev, Adil Kərimli, İeso Kviriaşvili (100 kq), Şahin Qəhrəmanov, Rüstəm Kotsoyev, Ayxan Cəfərov, İmran Yusifov (100 kq-dan yuxarı) ölkəmizin idman şərəfini qoruyacaqlar.

“Böyük dəbilqə” turniri Tokio Yay Olimpiya Oyunlarına lisenziya xalları qazanmaq imkanı verir. Heydər Əliyev adına İdman Sarayında baş tutacaq beynəlxalq yarışın təntənəli açılış mərasimi mayın 10-da keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.