CƏMİYYƏT


Bu gün Bakıda və Abşeron yarımadasında son 120 ilin rekord temperatur göstəricisi qeydə alınıb: 43-44 dərəcə

Bakı, 1 iyul, AZƏRTAC 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Milli Proqnozlar Bürosunun məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında bütün instrumental müşahidə dövrü ərzində (120 il) rekord temperatur göstəricisi qeydə alınıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib, iyulun 1-də havanın hərarəti 43-44 dərəcəyə bərabər olub. Bundan əvvəl Bakı üçün rekord göstərici 2017-ci ilin avqust ayında müşahidə edilib - 41,6 dərəcə.

Bu gün qeydə alınan temperatur həm iyul ayı, həm də bütün yay mövsümü üçün rekord göstəricidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.