CƏMİYYƏT


Bu gün Beynəlxalq Sahilyanı Təmizlik Günüdür

Bakı, 20 sentyabr, AZƏRTAC

20 sentyabr - Beynəlxalq Sahilyanı Təmizlik Günüdür. Həmin təqvim 1986-cı ildə Okean Mühafizəsi Təşkilatı (“Ocean Concervancy”) tərəfindən təsis edilmiş qlobal tədbirdir.

AZƏRTAC xəbər verir ki, bu günün qeyd edilməsində əsas məqsəd dünya əhalisinin diqqətini sahilyanı sahələr, çimərliklər, su hövzələrini tullantılardan təmizləyə, onların qaynağını müəyyən etməyə və həmin ərazilərin çirklənməsinə səbəb olan davranış qaydalarını dəyişdirməyə yönəltməkdir.

Azərbaycanda da həmin gün müxtəlif tədbirlər keçirilir. Cari ildə sentyabrın 23-də Mərdəkan çimərliyində #Xəzəriqoruyaq şüarı altında genişmiqyaslı təmizlik aksiyası keçiriləcək.

Azərbaycanda son yeddi il ərzində keçirilən analoji birgünlük aksiya çərçivəsində Xəzər dənizinin çimərliklərinin 33 hektara yaxın ərazisi 21 ton məişət tullantısından təmizlənib. Təmizlənən ərazilərdən toplanan tullantılar qeydə alınaraq məlumatlar “Ocean Concervancy” beynəlxalq təşkilatına göndərilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.