DÜNYA


Bu gün Britaniyanın Kornuoll qraflığında “Böyük yeddilər” sammiti başlayır

Bakı, 11 iyun, AZƏRTAC

ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Kanada və Yaponiya liderləri G7 formatında danışıqlar aparmaq üçün iyunun 11-də Kornuoll qraflığında yerləşən Karbis-Bey kurort şəhərində toplanacaq.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, “Yeddilər qrupu”nun dövlət başçılarının sammiti iyunun 13-dək davam edəcək. Avstraliya, Hindistan, Cənubi Koreya və Cənubi Afrika Respublikası tədbirə qonaq ölkələr qismində çağırılıb.

Bu, COVID-19 pandemiyası başladıqdan sonra G7 liderlərinin ilk üz-üzə sammitidir. Görüşün nəticələri üzrə birgə bəyanatın veriləcəyi gözlənilir. Bundan əlavə, sammit Cozef Baydenin ABŞ Prezidenti qismində üzbəüz iştirak edəcəyi yüksək səviyyəli ilk böyük beynəlxalq görüşdür.

Görüşün dərc olunan gündəliyinə əsasən, liderlər iyunun 11-də pandemiyadan sonra iqtisadiyyatın bərpasını, iyunun 12-də geosiyasi problemləri, həmçinin ticarət və inkişaf məsələlərini müzakirə edəcəklər. Bazar günü danışıqların mövzusu Rusiya və Çin ilə bağlı olacaq.

Görüşü G7-yə rəhbərlik edən Böyük Britaniya təşkil edir. Bundan öncəki “Yeddilər sammiti” 2019-cu ildə Fransanın Biarrits şəhərində keçirilmişdi.

Liderlərin görüşünün böyük hissəsi bağlı qapılar arxasında keçiriləcək, lakin mətbuata açıq tədbirlərin də olacağı gözlənilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.