CƏMİYYƏT


Bu gün COVID-19 əleyhinə 33 min dozaya yaxın peyvənd vurulub

Bakı, 25 noyabr, AZƏRTAC

Noyabrın 25-də Azərbaycanda 32 min 720 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 min 145, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 min 447 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı isə 23 min 128 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 milyon 396 min 37, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 63 min 688, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 544 min 439 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 787 min 910 nəfər təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.