CƏMİYYƏT


Bu gün COVID-19 əleyhinə 34 min dozaya yaxın peyvənd vurulub

Bakı, 17 noyabr, AZƏRTAC

Noyabrın 17-də Azərbaycanda 33 min 784 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 min 864, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7 min 712 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı isə 21 min 208 nəfər təşkil edir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 milyon 165 min 834, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 33 min 346, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 498 min 72 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 634 min 416 nəfər təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.