CƏMİYYƏT


Bu gün COVID-19 əleyhinə 36 min dozaya yaxın peyvənd vurulub

Bakı, 18 noyabr, AZƏRTAC

Noyabrın 18-də Azərbaycanda 35 min 699 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 min 879, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7 min 700 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı isə 23 min 120 nəfər təşkil edir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 milyon 201 min 533, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 38 min 225, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 505 min 772 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 657 min 536 nəfər təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.