CƏMİYYƏT


Bu gün COVID-19 əleyhinə 41 min dozadan çox peyvənd vurulub

Bakı, 26 oktyabr, AZƏRTAC

Oktyabrın 26-da Azərbaycanda 41 min 233 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26 min 348, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 min 885 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 9 milyon 424 min 902, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 86 min 757, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 338 min 145 nəfər təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.