CƏMİYYƏT


Bu gün COVID-19 əleyhinə 57 min dozadan çox peyvənd vurulub

Bakı, 17 sentyabr, AZƏRTAC

Sentyabrın 17-də Azərbaycanda 57 min 357 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 min 920, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39 min 437 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 7 milyon 863 min 592, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 588 min 732, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 3 milyon 274 min 860 nəfər təşkil edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.