CƏMİYYƏT


Bu gün COVID-19 əleyhinə 69 min dozadan çox peyvənd vurulub

Bakı, 14 sentyabr, AZƏRTAC

Sentyabrın 14-də Azərbaycanda 69 min 221 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22 min 23, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 47 min 198 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 7 milyon 680 min 427, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 530 min 138, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 3 milyon 150 min 289 nəfər təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.