Bu gün “Chessable Masters” turnirində final mərhələsinin ikinci matçı keçiriləcək
AzerTAg.az

Bakı, 4 iyul, AZƏRTAC
Norveçli dünya çempionu Maqnus Karlsenin təşkilatçılığı ilə keçirilən “Chessable Masters” turnirində iyulun 4-də final mərhələsinin ikinci matçı oynanılacaq.
AZƏRTAC xəbər verir ki, M.Kalsen hollandiyalı Aniş Giri ilə qarşılaşacaq. Norveçli şahmatçı iyulun 3-də keçirilmiş birinci matçda hollandiyalı rəqibini məğlub edib.
“Chessable Masters” M.Karlsenin təşkilatçılığı ilə keçirilən seriya turnirinin üçüncü mərhələsidir. Bu mərhələnin B qrupunda mübarizə aparan Azərbaycan şahmatçısı Teymur Rəcəbov məğlub olduğu üçün yarışda iştirakını dayandırıb.
Turnirin mükafat fondu 150 min ABŞ dollarıdır.
Beş yarışdan ibarət seriya turnirinin birinci mərhələsinin - “Magnus Carlsen Invitational” yarışının qalibi M.Karlsen olub. İkinci mərhələdə - “Lindores Abbey Rapid Challange” turnirində isə rusiyalı şahmatçı Daniel Dubov qələbə qazanıb. Seriya çərçivəsində növbəti mərhələ - “Legends of Chess” iyulun 21-dən avqustun 5-dək təşkil ediləcək. Avqustun 9-dan 20-dək isə böyük final keçiriləcək.
Xəbərin mətnində orfoqrafik səhv var