Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Bu gün Dövlət Miqrasiya Xidmətinin yaradılmasından 16 il ötür

Bu gün Dövlət Miqrasiya Xidmətinin yaradılmasından 16 il ötür

Dövlət Miqrasiya Xidməti innovativ yeniliklərin tətbiqi, elektron xidmətlərin sayının və keyfiyyətinin artırılmasını daim diqqətdə saxlayır

Bakı, 19 mart, AZƏRTAC

Martın 19-da Dövlət Miqrasiya Xidmətinin yaradılmasından 16 il ötür.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin 2007-ci il 17 mart tarixli Sərəncamı ilə hər il martın 19-u Azərbaycan Respublikası miqrasiya orqanları işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Dövlət Miqrasiya Xidməti Prezident İlham Əliyevin diqqət və qayğısı ilə daim əhatə olunub və ölkəmizdə müasir tələblərə cavab verən Xidmət formalaşdırılıb. Prezident İlham Əliyev son illərdə miqrasiya proseslərinin vahid dövlət siyasəti ilə tənzimlənməsi sahəsində kompleks tədbirlərin həyata keçirilməsini təmin edib. Dövlətimizin başçısı bu istiqamətdə mühüm addımlarından biri kimi 2006-cı ildə “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramının təsdiq edilməsi haqqında” Sərəncam imzalayıb. Dövlət Proqramında miqrasiya idarəetmə sisteminin inkişafı, miqrasiya proseslərinin tənzimlənməsini, bu sahədə qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, qanunların tətbiqinin səmərəliliyinin təmini, miqrasiya müasir avtomatlaşdırılmış nəzarət sisteminin yaradılması, qeyri-qanuni miqrasiyanın qarşısının alınması kimi önəmli məsələlər yer alıb. Dövlət Proqramı əsasında miqrasiya sahəsində vahid dövlət siyasətini həyata keçirən xüsusi dövlət orqanının yaradılması da obyektiv zərurət kimi meydana çıxıb. Bunu nəzərə alan Prezident İlham Əliyev 2007-ci il martın 19-da Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında Fərman imzalayıb. Miqrasiya sahəsində dövlət siyasətini, habelə miqrasiya proseslərinin idarə edilməsində və tənzimlənməsində qanunvericiliklə müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən DMX-yə hüquq-mühafizə orqanı statusu verilib.

Dövlət Miqrasiya Xidmətinin 919 - Çağrı Mərkəzi və MİGAZ mobil tətbiqi fəaliyyət göstərir

Dövlət Miqrasiya Xidmətinin strukturuna aparatla yanaşı, 8 regional miqrasiya idarəsi, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin istifadəsi üçün Bakıda və Yevlaxda olmaqla 2 qanunsuz miqrantların saxlanılması mərkəzi, Təlim-tədris mərkəzi və tibb müəssisəsi daxildir. Bundan başqa, Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində, o cümlədən beynəlxalq hava limanlarında Dövlət Miqrasiya Xidmətinin bölmələri fəaliyyət göstərir.

2008-ci il dekabrın 1-dən Dövlət Miqrasiya Xidmətinin üç dildə fəaliyyət göstərən 919 - Çağrı Mərkəzi yaradılıb. Mərkəzin fəaliyyəti tamamilə yenidən qurulub, texniki imkanları genişləndirilməklə xidmətin keyfiyyəti beynəlxalq standartlara uyğunlaşdırılıb. Bundan başqa, 2018-ci ildə istifadəyə verilən MİGAZ mobil tətbiqi əcnəbi vətəndaşların olduğu yer üzrə qeydiyyatı, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, məhdudiyyətin və müraciət statusunun yoxlanması, son qeydiyyat tarixinin öyrənilməsi üçün kalkulyator, onlayn ödəmə və növbə, “ASAN Viza” və xidmətin digər istiqamətləri üzrə servis xidmətlərinə çıxış əldə etmək imkanı yaradır. Eyni zamanda, Dövlət Miqrasiya Xidməti tərəfindən bütün “ASAN xidmət” mərkəzlərində də müvafiq xidmətlər göstərilir.

Ötən il ərzində DMX-yə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, bərpa, vətəndaşlıqdan çıxma, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı 121 mindən çox müraciət daxil olub.

DMX-nin əməkdaşlarının peşə hazırlığının yüksəldilməsi istiqamətində əməli tədbirlər görülür

Ötən 16 ildə idarəetmənin təkmilləşdirilməsi, əməkdaşların peşə hazırlığının yüksəldilməsi, normativ hüquqi və maddi-texniki bazanın yaradılması istiqamətində əməli tədbirlər görülüb. Xalqımıza, dövlətimizə, dövlətçiliyimizə sədaqətlə xidmət edən DMX-nin əməkdaşları qarşıya qoyulmuş tapşırıqları uğurla yerinə yetiriblər. Ölkəmizdə keçirilən mötəbər beynəlxalq tədbirlərdə Xidmətin qarşısına qoyulmuş tapşırıqların icrası təmin edilib. Ali diqqət və qayğı, eyni zamanda, ciddi nəzarət sayəsində DMX-nin qarşıya qoyulan, qanunvericiliklə üzərinə düşən vəzifələrin öhdəsindən gələ bilən mobil bir quruma çevrilib.

DMX-nin 16 illik fəaliyyətində daim dövlətimizin başçısının fərman və sərəncamlarını, tapşırıqlarını, tövsiyələrini rəhbər tutur, göstərilən yüksək diqqət və qayğının müqabilində işini ən müasir tələblər səviyyəsində qurmağa çalışır. Bu illərdə qurum formalaşıb, güclənib, daha da inkişaf edib. Azərbaycanın miqrasiya sahəsində beynəlxalq əməkdaşlığının genişləndirilməsində önəmli hadisələrdən biri də 2021-ci ildə Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin təsis edilməsi haqqında müqavilənin imzalanması olub. DMX pandemiya dövründə bütün zəruri tədbirlər görməklə yanaşı, post-pandemiya dövründə əsas fəaliyyət istiqamətlərini müəyyənləşdirib.

Xidmətin təşkilatçılığı ilə əcnəbiləri və vətəndaşlığı olmayan şəxslər üçün maarifləndirici görüşlər keçirilir. Miqrasiya qanunvericiliyi ilə bağlı DMX-nin regional miqrasiya idarələrinin əhatə etdiyi rayon və şəhərlərdə çoxsaylı maarifləndirmə-məlumatlandırma tədbirləri, səyyar xidmətlər təşkil edilir. Azərbaycana gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərə müvafiq yaşama icazələrinin verilməsi prosedurları və qanunsuz miqrasiyaya qarşı mübarizəyə həsr olunan tədbirlər keçirilir.

DMX vətəndaşların məmnunluğunun yüksəldilməsi məqsədilə bütün elektron xidmətlər üzrə yenilənmə işləri aparılıb

Dövlət Miqrasiya Xidməti innovativ yeniliklərin tətbiqi, elektron xidmətlərin sayının və keyfiyyətinin artırılması, habelə onlardan istifadənin daha da sadələşdirilməsini daim diqqətdə saxlayır. Ötən dövrdə DMX tərəfindən e-xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətinin artırılması, vətəndaşların xidmətlərdən məmnunluğunun yüksəldilməsi məqsədilə bütün elektron xidmətlər üzrə yenilənmə işləri aparılıb. Bundan başqa, iki yeni - “Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə məlumatın verilməsi” və “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi” elektron xidmətləri yaradılıb. Eləcə də Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (MSİBM) ilə əməkdaşlıq şəraitində “Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək (MOBILAZE 2)“ layihəsinin icrasına başlanıb.

Qeyd edək ki, Azərbaycan Respublikası BMT-nin Miqrasiya Şəbəkəsinin dəvəti ilə Cənub-Şərqi Avropa, Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə “Çempion ölkələr” təşəbbüsünə qoşulan birinci ölkədir. Bu təşəbbüs BMT-nin Miqrasiya Şəbəkəsi tərəfindən 2020-ci ilin sentyabrında təsis olunub.

Dövlət Miqrasiya Xidməti sosial layihələrin reallaşdırılmasını da diqqət mərkəzində saxlayır. Şəhid və qazi ailələri ilə bağlı tədbirlər, “Miqrasiya Könüllüsü” İctimai Birliyi, “Miqrasiya Məktəbi-5” layihəsi, əcnəbi və qaçqın statusu əsasında yaşayan aztəminatlı ailələrə istiqamətlənən fəaliyyət və digər sosial layihələr, təlimlər həyata keçirilir.

Dövlət Miqrasiya Xidməti “ASAN Xidmət indeksi” üzrə mükafatlandırılıb

Bu ilin fevralında 2018-2021-ci illər ərzində ən yüksək göstəricilərə nail olmuş Dövlət Miqrasiya Xidməti “ASAN Xidmət indeksi” üzrə qiymətləndirmə nəticələrinə dair təqdimatda xüsusi mükafata layiq görülüb. Xatırladaq ki, qiymətləndirilmənin keçirilməsində əsas məqsəd dövlət xidmətləri haqqında məlumatların vahid mənbədə toplanması və sistemləşdirilməsi, xidmətlərin göstərilməsində təkrarlığın aradan qaldırılması və yeni növ xidmətlərin yaradılması yolu ilə bu sahədə idarəetmənin çevikliyinin təmin edilməsi, xidmətlər üzrə təhlil və proqnozlaşdırma imkanlarının artırılmasıdır.

DMX-də vətəndaşlara göstərilən xidmətlərin şəffaf və keyfiyyətlə həyata keçirilməsi, vətəndaş məmnunluğunun və rahatlığının təmin olunması prioritet məsələ kimi diqqət mərkəzində saxlanılır. DMX-yə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən daxil olan müraciətlər qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılır və müvafiq qərarlar qəbul edilir. İnzibati prosedurların minimuma endirilməsi, elektronlaşmanın geniş təşviqi, müraciət edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sənəd qəbulunun optimallaşdırılması, icazə prosedurunun sadələşdirilməsi həyata keçirilir. DMX-nin xidmət səviyyəsinın yüksəldilməsi istiqamətində gördüyü işlər sayəsində “ASAN xidmət indeksi” üzrə 2020-2021-ci il qiymətləndirmənin nəticələrinə dair hesabata əsasən, Dövlət Miqrasiya Xidməti ardıcıl olaraq dördüncü dəfə mərkəzi icra hakimiyyəti orqanları sırasında ən yüksək nəticəni (92,78 faiz) göstərib.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, əməkçi miqrantların, o cümlədən qaçqınların hüquqlarının qorunması, inteqrasiya yolu ilə cəmiyyətin inkişaf prosesinə cəlb edilməsi məsələləri hər zaman Azərbaycan dövlətinin diqqətindədir. Müxtəlif dinlərin və xalqların nümayəndələrinin birlikdə sülh şəraitində yaşadığı ölkəmizdə miqrasiyanın idarə edilməsi, miqrantların cəmiyyətə inteqrasiyası, onların rifahı, hüquq və azadlıqlarının müdafiəsi istiqamətində Dövlət Miqrasiya Xidməti tədbirlər həyata keçirir. Həmin tədbirlər bərabərliyin, müxtəlifliyin və inklüzivliyin təşviqi ilə miqrantların cəmiyyətə səmərəli inteqrasiyasına, onların hüquqlarının müdafiəsinə diqqətin artırılmasına, eləcə də miqrasiya sahəsində yerli və beynəlxalq təşkilatlarla əməkdaşlığın daha da dərinləşməsinə mühüm töhfə verir.

Azərbaycanın miqrasiya sahəsində beynəlxalq əməkdaşlığı daha da genişlənir

Son dövrdə Azərbaycanın miqrasiya sahəsində beynəlxalq əməkdaşlığı daha da genişlənir. Ötən illərdə beynəlxalq əməkdaşlığın ikitərəfli və çoxtərəfli əsaslarla inkişaf etdirilməsi və möhkəmləndirilməsi, o cümlədən müqavilə hüquq bazasının genişləndirilməsi məqsədilə məqsədyönlü addımlar atılıb. Fərəhli haldır ki, Dövlət Miqrasiya Xidməti son 16 ildə müxtəlif beynəlxalq təşkilatların, ölkəmizdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin, müvafiq dövlət orqanlarının, habelə Azərbaycanda olan, yaşayan, işləyən əcnəbilərin etibarlı tərəfdaşına çevrilib.

Belə ki, bu il martın 1-də Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) baş direktoru Antonio Vitorinonun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynovla görüşündə birgə həyata keçirilən və regional səviyyədə icra olunan “Azərbaycanda Miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində görülmüş işlərə diqqət yetirilib. Layihənin əsas məqsədi regional səviyyədə miqrasiya sahəsində ixtisaslaşmış təlim-tədris mərkəzinin yaradılmasıdır. Qeyd edək ki, layihə çərçivəsində Regional Ekspert Şəbəkəsi yaradılıb, Mərkəzin fəaliyyətinin təşkili, genişləndirilməsi və statusunun müəyyənləşdirilməsi istiqamətində də ilkin addımların atılıb. Görüş çərçivəsində Mərkəzin yaradılmasına ilkin zəmin hazırlamaq və bu istiqamətdə görülən işlərin sürətləndirilməsi məqsədilə hazırlanmış Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatı arasında “Miqrasiya üzrə Regional Təlim Mərkəzi (MRTM) ilə bağlı əməkdaşlığa dair” Anlaşma Memorandumu imzalanıb. Memorandum gələcəkdə Mərkəzin beynəlxalq səviyyədə təkmil kurikulum əsasında fəaliyyətinin təmin edilməsi istiqamətində atılan vacib addım kimi səciyyələndirilib.

Məcburi köçkünlərimizin doğma torpaqlarına qayıtmaq hüquqlarının bərpası yeni çağırışlar yaradıb

Otuz il ərzində ərazilərimizin işğalı nəticəsində ölkəmiz məcburi miqrasiyanın yaratdığı problemlərə şahid olub. Lakin 2020-ci ildə torpaqlarımız işğaldan azad olunduqdan sonra öz doğma yurd-yuvalarından didərgin düşən məcburi köçkünlərin vətənlərinə qayıtmaq hüquqları bərpa olunub. Bu da layiqli qayıdış və reinteqrasiya prosesləri ilə bağlı yeni çağırışlar yaradıb.

Bu il martın 1-də BMqT-in Baş direktoru Antonio Vitorino Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə bildirib ki, rəhbərlik etdiyi təşkilat Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramına dəstək verə bilər. Təşkilatın dünyanın müxtəlif ölkələrində məcburi köçkünlərin və qaçqınların qayıtması üzrə çox geniş təcrübəyə malik olduğunu qeyd edən Antonio Vitorino deyib ki, bunu Azərbaycan tərəfi ilə bölüşməyə hazırdırlar. Qonaq ölkəmizdə Beynəlxalq Miqrasiya Təşkilatının regional təlim mərkəzinin yaradılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bu mərkəz həm Azərbaycanda, həm də region ölkələrində imkanların artırılmasına və peşəkar kadrların hazırlanmasına töhfə verəcək.

Qeyd edək ki, Prezident İlham Əliyev Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının mükafatlandırılmasına hər zaman xüsusi diqqət yetirir. Azərbaycan Prezidentinin 16 mart tarixli sərəncamlarına əsasən, Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarından bir nəfərə II dərəcəli dövlət miqrasiya xidməti müşaviri, digərinə isə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbələri verilməsi, 1 nəfərin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 10 nəfərin isə “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edilməsi dövlətimizin başçısının yüksək diqqət və qayğısının növbəti təzahürüdür.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb

Təsisçi Bakı Fransız Liseyi Təhsil Kompleksinin ləğv olunmasının səbəbini açıqlayıb

DİM sədri: Qəbul imtahanlarında tətbiq olunacaq yeniliklər azı iki il əvvəl elan edilir

Əməyin təhlükəsizliyi və gigiyenası sahəsində Türkiyə ilə təcrübə mübadiləsi aparılır

Keşlədə kustar üsullarla kütləvi saxta məhsullar hazırlayan sex aşkar edilib

Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir

Arzu Babayeva: Ağgöl Milli Parkında ceyran populyasiyası müsbət dinamika ilə inkişaf edir

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı etirazlarla bağlı ictimai dinləmələr başa çatıb

Laləli çəmənlik görmək istəyənlər, Ağgöl Milli Parkına tələsin

ETX-nin məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirilmə layihəsi davam edir

“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub

Paytaxtda saxta alkoqollu içkilərin satışa çıxarılmasının qarşısı alınıb

Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır

Azərbaycan ilə Türkiyə muzeyləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib

“Qəbələ” israilli futbolçu ilə vidalaşıb

Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...

Daha iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ

BMU tələbələri ev heyvanlarının məsafədən qidalanmasına imkan verən cihaz hazırlayıblar

Azərbaycanın Rumıniya ilə hazırladığı layihə NATO tərəfindən təsdiqlənib

Azərbaycanın Baş prokuroru Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti seçilib

BŞTİ: Bakı Fransız Liseyində təhsil alan uşaqların dövlət təhsil müəssisələrinə köçürülməsi təmin edilə bilər

Bakı hava limanı yenidən “Skytrax” mükafatına layiq görülüb

Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb

Ali Məhkəmə: İnzibati orqan öz praktikasını inzibati məhkəmə qərarlarının məzmununa uyğunlaşdırmağa borcludur

Azərbaycanın xarici işlər naziri Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib

MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub

Mina təhlükəsi ilə bağlı təlimlərdə 1500-dən çox keçmiş məcburi köçkün iştirak edib

Nazir: Türkiyə mülki aviasiya sahəsində sürətlə inkişaf edən ölkələr sırasındadır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yenilənmiş saytı istifadəyə verilib

Azərbaycan atıcıları lisenziya turnirində iştirak edəcəklər

IRENA Assambleyasının 14-cü sessiyasında Afrikada bərpa olunan enerji mənbələrinin tətbiqi müzakirə olunub

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatalada vətəndaşlarla görüşüb

Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb

® “Azercell” Böhran İdarəetmə Qrupu layihəsini elan edir

Nigeriya ordusu bir həftədə 192 terrorçunu məhv edib

“Aztelekom” tərəfindən Oğuz rayonunun 97 faizi yüksəksürətli internetlə əhatə olunub VİDEO

Latviyada yeni xarici işlər naziri təyin edilib

Azərbaycan və Britaniya yaşıl enerjiyə keçidi reallaşdıracaq kadrları birgə hazırlayacaq

Türkmənistan nəqliyyat marşrutları layihələrində daha fəal iştirak edəcək

® “Rabitəbank” müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir

Füzulidə keçirilən tibbi aksiyanın ilk günündə 100-dən çox sakin oftalmoloji müayinə olunub VİDEO

Məktəblilər uşaq yazıçısı Vüqar Haqverdiyevlə görüşüblər

Azərbaycan Rusiyadan ən çox taxta-şalban idxal edən 10 ölkə arasındadır

Bərdə, Ağcabədi, Ağdam və Tərtər rayonlarında dövlət qulluqçuları üçün təlimlər keçirilib

Qazaxıstan üç ayda 33 mindən çox avtomobil istehsal edib

Britaniyalı lord Azərbaycan-Britaniya əlaqələrindən danışıb

Xəzər dənizində tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq

Ədliyyə işçilərinə və ailə üzvlərinə mənzil kirayəsi ilə bağlı pul kompensasiyası ödəniləcək

Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritet olub RƏY

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO