CƏMİYYƏT


Bu gün Dünya Bal Arısı Günüdür

Bakı, 20 may, AZƏRTAC

BMT Baş Assambleyasının 2017-ci il dekabrın 20–də keçirilən iclasında alınan qərara əsasən hər il mayın 20-si Dünya Bal Arısı Günü kimi qeyd olunur. Həmin tarix təsadüfən seçilməyib. Belə ki, 1734-cü il mayın 20-də Sloveniyada olan görkəmli rəssam və arıçı, arıçılığın öyrənilməsinə yeniliklər gətirmiş Anton Yanşanın anadan olduğu gündür. O, 1769-cu ildən arıçılıqla məşğul olub.

AZƏRTAC xəbər verir ki, arı və digər tozlandırıcılar, həmçinin kəpənək, yarasa və kalibrlilər öz fəaliyyətləri ilə bir sıra bitkiləri yenidən canlandırmağa nail olurlar.

Müasir dövrdə tozlandırıcılar yalnız bitkiçiliyin inkişafına deyil, həmçinin ekoloji risklərin yaranması və yerli ekosistemlərin sağlamlığı barədə xəbərdarlıq edərək ərzaq təhlükəsizliyi təminatına töhfə vermiş olur. Tozlandırıcılar, həmçinin biomüxtəlifliyin əsas qoruyucusudur.

İnvaziv həşəratlar, pestisidlər, torpaqdan istifadə edilməsi sahəsində gedən dəyişikliklər qida maddələrin azalmasına və arı ailələrinin azalmasına səbəb ola bilər.

Dünyada 20 mindən artıq arı növü var. Antarktidadan başqa dünyanın istənilən yerində rast gəlinir. İşçi arının ömrü 50 gün olur. 17-18 günlükdə arılar artıq bala çıxarırlar. Qüvvəsi, yəni işçi arı sayı çox olan arı ailəsi ildə 35-40 kiloqram təmiz bal verə bilir.

Arı ailəsi 3 qrupa bölünür: ana arı, erkək arı, dişi və ya işçi arı.

Arılar 15 kilometrə qədər yol qət edə bilirlər. Arı 15 kilometr məsafədə yaxşı şirə taparsa, qayıdıb o biri arılara qəribə hərəkətlərlə xəbər verir.

Arılar həm yaxşı şirə olan yeri hiss edirlər, həm də onlara qulluq edən insanları tanıyırlar.

Son illərdə dünyada milyardlarla arının məhv olması, onların saylarının azalması narahatlıq doğurmağa başlayıb. Dünya Bal Arısı Gününün qeyd edilməsi də məhz bu problemi qabartmaq, onların məhvinə səbəb olan təsirləri aradan qaldırmaq məqsədi daşıyır.

Azərbaycanda arıçılıq kənd təsərrüfatının inkişaf edən sahələrindən biridir. Onu inkişaf etdirmək məqsədilə son illər bir sıra tədbirlər həyata keçirilib. Ölkə başçısı Azərbaycanda arıçılığın inkişafının stimullaşdırılması üçün bir sıra sərəncam imzalayıb.

Azərbaycanda bal verən 600-ə qədər bitki növü mövcuddur ki, bunların da təxminən 200-ü nektar və çiçək tozu mənbəyi kimi arıçılığın genişləndirilməsi üçün daha böyük təbii imkanlar yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.