İDMAN


Bu gün “FIDE Grand Swiss 2019” turnirində altıncı turun görüşləri keçiriləcək

Bakı, 15 oktyabr, AZƏRTAC

Oktyabrın 15-də Men adasında şahmat üzrə “FIDE Grand Swiss 2019” turnirinin altıncı turunun oyunları keçiriləcək.

AZƏRTAC xəbər verir ki, şahmatçılarımız Nicat Abbasov ermənistanlı Qabriel Sarkisyan, Rauf Məmmədov rusiyalı Vladislav Artemiyev, Eltac Səfərli argentinalı Maksim Çiqaev, Vasif Durarbəyli israilli Ariel Erenberq ilə qarşılaşacaqlar.

Beş turun yekununda R.Məmmədov və N.Abbasov hərəyə 3 xal qazanıblar. E.Səfərlinin 2,5, V.Durarbəylinin 2 xalı var.

İddiaçılar turnirinə vəsiqə qazandıracaq turnirə oktyabrın 21-də yekun vurulacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.