İDMAN


Güləşçimiz Rəsul Çunayev dünya çempionatına qələbə ilə başlayıb YENİLƏNİB

Bakı, 21 avqust, AZƏRTAC 

Azərbaycan güləşçisi Rəsul Çunayev (71 kq) dünya çempionatına qələbə ilə başlayıb.

Güləşçimiz Honduras təmsilçisi Jefrin Benito Mejia Sambulanı məğlub edərək növbəti mərhələyə adlayıb. Milli komandamızın üzvü 1/16 finalda almaniyalı Frank Stabler ilə üz-üzə gələcək.

11:14

Bu gün Fransanın paytaxtı Parisdə güləş üzrə dünya çempionatı start götürür.

Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildiriblər ki, ilk yarış günündə 71, 75, 85 və 98 kiloqram çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulurlar.

İlk görüşdə Azərbaycan idmançılarından 71 kiloqramda Rəsul Çunayev Honduras güləşçisi Jefrin Benito Mejia Sambula ilə qarşılaşacaq.

Digər təmsilçilərimizdən Həsən Əliyev yaponiyalı Şohei Yabiku (75 kq), İslam Abbasov perulu Rikardo Dieqo Kardenas Esquen (85 kq), Orxan Nuriyev isə 98 kiloqramda Kevin Mejia Kastillo (Honduras) ilə güləşəcək.

İlk görüşlər Bakı vaxtı ilə saat 12:00-da, final görüşləri isə 21:00-da başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.