DÜNYA


Bu gün Gürcüstanda aralıq seçkiləri keçirilir

Tbilisi, 19 may, AZƏRTAC

Mayın 19-da Gürcüstanda parlamentə, yerli şuralara və bəzi rayonların icra hakimiyyəti başçıları vəzifələrinə aralıq və növbədənkənar seçkilər keçirilir.

AZƏRTAC xəbər verir ki, Gürcüstanın Saqareco, Axmeta, Adigeni, Ozurqeti, Çiatura, Tkibuli, Tsxaltubo və Zestafoni rayonlarının yerli məşvərət orqanlarına deputatlar, Zuqdidi, Çiatura, Xulo və Zestafoni rayonlarına icra başçıları seçiləcək.

Səsvermə yerli vaxtla səhər saat 8:00-da başlayıb. Seçkilər ölkə üzrə 410 seçki məntəqəsində keçiriləcək. Bu məntəqələrdə 402 min 91 seçici qeydiyyata alınıb.

Səsvermənin gedişini 49 yerli təşkilatdan 6139, 7 beynəlxalq təşkilatdan 47 müşahidəçi izləyir.

Eyni zamanda 45 KİV-dən 1917 jurnalist səsvermənin gedişini müşahidə edir.

Məlumat üçün qeyd edək ki, bu gün azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun icra hakimiyyəti başçısı vəzifəsinə də seçkilər keçirilir. Marneuli rayonunda da məntəqələr vaxtında açılıb. Məntəqələr Azərbaycan dilində seçki bülletenləri ilə təmin olunub.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.