DÜNYA


Bu gün İranda Analar və Qadınlar Günü kimi qeyd olunub

Tehran, 23 yanvar, AZƏRTAC

Yanvarın 23-ü İranda Qadınlar və Analar Günü kimi qeyd olunur. Dünyanın müxtəlif ölkələrində qadınlar günü müxtəlif tarixlərdə qeyd edilir.

AZƏRTAC xəbər verir ki, martın 8-i Beynəlxalq Qadınlar Günü kimi qeyd olunsa da İranda bu bayram yanvarın 23-də keçirilir. Hicri-Qəməri tarixi ilə 1443-cü ilin Cemadiüssani ayının 20-də Məhəmməd Peyğəmbərin əziz qızı Fatimə anadan olub. İslam tarixində olduqca əhəmiyyətli yer tutan Fatimə Peyğəmbər ailəsində böyüyərək yüksək əxlaq sahibi olub. O həmişə haqqı və ədaləti müdafiə edərək islamın yayılmasında və bütün yer üzündə haqqın bərqərar olmasına çalışıb.

İslam dinin yayılmasında mühüm rol oynayan imam Əlinin ömür-gün yoldaşı olan Fatimə Həsən, Hüseyn və Zeynəb adlı 3 övlad dünyaya gətirib. Sui-qəsd nəticəsində İmam Əli qətlə yetirildikdən sonra mübarizəni davam etdirən övladları Həsən və Hüseyn də Kərbala çölündə qəddarlıqla qətlə yetiriliblər.

İslam aləmində həzrəti Fatimənin həyat yolu və fəaliyyəti bütün qadınlar üçün nümunə olub ki, bu səbəbdən də onun doğulduğu gün İranda Qadınlar və Analar Günü kimi qeyd olunur.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.