DÜNYA


Bu gün İranda Müqəddəs Müdafiə Həftəsi başlayıb

Tehran, 22 sentyabr, AZƏRTAC

Bu gün İranda Müqəddəs Müdafiə Həftəsi başlayıb. İran-İraq müharibəsinin başlamasının 39-cu ildönümünə həsr olunan Müqəddəs Müdafiə Həftəsi çərçivəsində İranın böyük şəhərlərində hərbi paradlar təşkil edilir.

AZƏRTAC xəbər verir ki, hər il olduğu kimi, bu il də Tehranda təşkil olunan hərbi paradda Prezident Həsən Ruhani çıxış edib. O bildirib ki, İran bütün qonşularına sülh, əmin-amanlıq və qardaşlıq təklif edir. Onun sözlərinə görə, qarşıdurma siyasətinə son verilməli, regionun təhlükəsizliyi üçün birgə səylər göstərilməlidir.

İran prezidenti vurğulayıb ki, bölgənin təhlükəsizliyini təkcə region dövlətləri təmin edə bilər. Bunun üçün isə qarşılıqlı dialoq və əməkdaşlıq lazımdır. İran da öz qonşularını əməkdaşlığa və dialoqa səsləyir.

Qeyd edək ki, Müqəddəs Müdafiə Həftəsi İranda 1980-ci ildən keçirilir. Hər il sentyabrın 22-də İranın siyasi elitası İslam dövlətinin qurucusu İmam Xomeyninin mavzoleyini ziyarət edir.

Bu gün rəsmi tədbirlərdən sonra Prezident Həsən Ruhani BMT Baş Assambleyasının 74-cü sessiyasında iştirak etmək üçün Nyu-Yorka yola düşəcək.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.