DÜNYA


Bu gün İspaniya Sivilizasiyası Günü qeyd edilir

Madrid, 12 oktyabr, AZƏRTAC

Oktyabrın 12-də İspaniyada “Hispanidad” milli bayramı – İspaniya Milləti Günü, yaxud İspaniya Sivilizasiyası Günü qeyd edilir.

AZƏRTAC xəbər verir ki, bu bayram ispan xalqına, mədəniyyətinə, dilinə, özünüdərkinə və tarixinə həsr olunub.

1913-cü ildə hüquqşünas Faustino Rodriges San Pedro bu günü “Fiesta de la Raza Española” adlı ispan irqi bayramı kimi qeyd etmək təklifi ilə çıxış edib. Bu bayram ilk dəfə rəsmən 1918-ci ildə keçirilib.

Kral ailəsinin iştirakı ilə keçirilən hərbi paradda 4200 hərbçi, 150 nəqliyyat vasitəsi və 76 təyyarə iştirak edib. Bayram təntənələri Kral sarayında qəbulla başa çatacaq.

Madridin mərkəzi La-Kastelyana bulvarında təşkil edilən hərbi parad İspaniya Silahlı Qüvvələrinin 1989-cu ildə Anqoladakı beynəlxalq missiyalarına həsr edilib. Təqribən 177 minədək əsgər 80-dən çox beynəlxalq missiyada iştirak edib. Hərbi paradda İspaniya qoşunlarının yerləşdiyi Livan, Seneqal, Mavritaniya və Malidən 116 hərbi qulluqçu da iştirak edir.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.