İDMAN
Bu gün İspaniya kubokunun yarımfinal mərhələsinə start verilir
Bakı, 6 fevral, AZƏRTAC
Bu gün futbol üzrə İspaniya kuboku yarışlarının yarımfinal mərhələsinə start verilir.
AZƏRTAC xəbər verir ki, mərhələnin açılış görüşündə “Barselona” doğma azarkeşlər önündə əzəli rəqibi Madrid təmsilçisi “Real”ı qəbul edəcək. “Nou Kamp” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Komandalar arasında 1926-cı ildən bəri 213 rəsmi oyun keçirilib. 89 oyunda “Real Madrid”, 82 qarşılaşmada isə “Barselona” qələbə qazanıb. Daha 42 matçda qalib müəyyənləşməyib. Topların nisbəti də, “kral klubu”nun xeyrinədir - 353:335.
Mərhələnin digər görüşü fevralın 7-də keçiriləcək. Həmin görüşdə “Real Betis” “Valensiya” klubunu qəbul edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:31]
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]