İDMAN


Bu gün Karate üzrə milli komandamız dörd medal uğrunda mübarizə aparacaq

Bu gün Karate üzrə milli komandamız dörd medal uğrunda mübarizə aparacaq

Bakı, 16 sentyabr, Nicat Məmmədov, AZƏRTAC

Bu gün Karate üzrə Azərbaycan milli komandası Almaniyada keçirilən turnirdə dörd medal uğrunda mübarizə aparacaq.

AZƏRTAC xəbər verir ki, nüfuzlu turnirin son yarış günündə final görüşlərində Rafael Ağayev (75 kq) Yusey Sakiyama (Yaponiya) ilə, İrina Zaretska (68 kq) isə Eda Eltemurla (Türkiyə) qarşılaşacaq.

Bürünc medal uğrunda mübarizədə Firdovsi Fərzəliyev (60 kq) Kisar Alpisbayla (Qazaxıstan), Şahin Atamov (84 kq) isə Conatan Hörne (Almaniya) ilə görüşəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.