DÜNYA
Bu gün Lissabon hava limanında 28 reys təxirə salınıb
Lissabon, 5 iyul, AZƏRTAC
Portuqaliya Hava Limanları İdarəsi ANA-nın məlumatına görə, bu gün Lissabon hava limanında 28 reys təxirə salınıb.
AZƏRTAC xəbər verir ki, məlumatda deyilir ki, son üç gündə Humberto Delqado hava limanında enişlər də daxil olmaqla, 104 reys ləğv edilib.
Avropanın bir sıra hava limanlarında məhdudiyyətlər və ötən cümə günü Humberto Delqado hava limanında uçuş-enmə zolağının bir neçə saat bağlanması şəxsi təyyarədə təkərlərin partlaması səbəbindən uçuşların təxirə salınmasının əsas səbəbi kimi göstərilib.
Mövcud vəziyyət işçi çatışmazlığı, tətillər və hava şəraiti, COVID-19-la bağlı vəziyyət və ya gözlənilməz hallar kimi xarici amillərlə bağlıdır.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Lissabon