İDMAN


Bu gün Millətlər Liqasının ikinci turuna yekun vurulacaq

Bakı, 8 sentyabr, AZƏRTAC

Sentyabrın 8-də futbol üzrə UEFA Millətlər Liqasının 2020-2021-ci illər mövsümünün ikinci turuna yekun vurulacaq.

AZƏRTAC xəbər verir ki, turun sonuncu oyun günündə A, C və D liqalarında ümumilikdə 9 qarşılaşma baş tutacaq.

Azərbaycan millisi sentyabrın 8-də səfərdə Kipr seçməsinin qonağı olacaq. Həmin görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. İlk turda millimiz öz meydanında Lüksemburq yığmasına məğlub olub (2:1), Kipr isə səfərdə Monteneqro seçməsinə uduzub (0:2).

Günün ən maraqlı görüşü “Stad de Frans” stadionunda oynanılacaq. Sonuncu dünya çempionatının finalçıları Fransa və Xorvatiya seçmələri üz-üzə gələcəklər.

A Liqasının ikinci turunda Belçika yığması İslandiyanı, Danimarka isə İngiltərəni qəbul edəcək.

Turun digər qarşılaşmaları aşağıdakılardır:

A liqası (3-cü qrup)

İsveç – Portuqaliya.

C liqası (1-ci qrup)

Kipr – AZƏRBAYCAN;

Lüksemburq – Monteneqro.

C liqası (2-ci qrup)

Gürcüstan – Şimali Makedoniya;

Ermənistan – Estoniya.

D liqası (2-ci qrup)

San-Marino – Lixtenşteyn.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.