İQTİSADİYYAT


Bu gün “OPEC+” Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclası keçiriləcək

Bakı, 27 aprel, AZƏRTAC

Bu gün OPEC və OPEC-ə üzv olmayan bəzi ölkələrin (“OPEC+”) Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) növbəti – 29-cu iclası videokonfrans formatında keçiriləcək.

AZƏRTAC xəbər verir ki, daha əvvəl JMMC-nin iclasının aprelin 28-də keçirilməsi nəzərdə tutulurdu. “OPEC+” nazirlərinin 16-cı toplantısının da videokonfrans formatında bu gün təşkili planlaşdırılır.

Xatırladaq ki, dünən Müştərək Texniki Komissiyasının (JTC) 51-ci iclası iclasda qlobal neft bazarındakı inkişaflar qiymətləndirilib. OPEC-in Baş katibi Məhəmməd Barkindo qlobal iqtisadiyyatın müsbət canlanma siqnalları göstərməkdə davam etdiyini bildirib. O, bununla yanaşı, əhəmiyyətli qeyri-müəyyənliklər davam etdiyi üçün sayıq davranmağın vacibliyinə diqqət çəkib. Baş katib dünyada sağlam və əhatəli peyvənd paylanmasının əhəmiyyətini vurğulayıb. M.Barkindo mövcud bazar şərtləri və bərpa prosesindən danışarkən səbir və zamanın əhəmiyyətini qeyd edib.

JTC 2021-ci il üzrə neft tələbatı artımı ilə bağlı proqnozunu artırsa da, Hindistan, Yaponiya və Braziliyadakı tələblə əlaqədar ehtiyatlı davranmağın vacibliyini vurğulayıb.

Qeyd edək ki, aprelin əvvəlində “OPEC+” nazirlərinin 15-ci videogörüşündə gündəlik xam neft hasilatının növbəti 3 ay ərzində tədricən 1,1 milyon barrelədək artırılması ilə bağlı qərar qəbul edilib.

JTC və JMMC 2016-cı il dekabrın 10-da Avstriyanın paytaxtı Vyanada təşkil edilən OPEC və OPEC-ə üzv olmayan ölkələrin nazirlərinin ilk toplantısında imzalanan tarixi “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində yaradılıb. JTC neft bazarına dair təhlillər aparan və JMMC-yə təqdim edən texniki düşüncə mərkəzidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.