İDMAN


Bu gün Peşəkar Futbol Liqasının İntizam Komitəsinin iclası keçirilib

Bakı, 9 oktyabr, Nicat Məmmədov, AZƏRTAC

Oktyabrın 9-da Peşəkar Futbol Liqasının (PFL) İntizam Komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda Topaz Premyer Liqasının 7-ci turunda keçirilən oyunlarda futbolçuların qayda pozuntularına görə cərimələrin tətbiq olunması məsələsinə baxılıb.

“Neftçi” – “Sabah” matçının 75-ci dəqiqəsində flaqmanın futbolçusu Slavko Braliç ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılması ilə əlaqədar bir oyunluq cəzalandırılıb. Klub isə 200 manat məbləğində cərimə olunub.

“Zirə” – “Qəbələ” matçı başa çatdıqdan sonra qonaq komandanın baş məşqçisi Sənan Qurbanov oyundan sonra mətbuat konfransında iştirak etmədiyinə görə klub 800 manat məbləğində cərimələnib.

İclasda, həmçinin I Divizionun VI turunda oynanılan bir neçə qarşılaşma ilə əlaqədar da həm futbolçulara, həm də komandalara cərimələr tətbiq olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.