CƏMİYYƏT


Bu gün Qadınlara Münasibətdə Zorakılığın Aradan Qaldırılması uğrunda Beynəlxalq Mübarizə Günüdür

Bakı, 25 noyabr, AZƏRTAC

Bütün dünyanın fəal qadınları 1981-ci ildən başlayaraq hər il noyabrın 25-də zorakılıq əleyhinə beynəlxalq günü qeyd edirlər. 1999-cu il dekabrın 17-də BMT Baş Məclisi noyabrın 25-ni Qadınlara Münasibətdə Zorakılığın Aradan Qaldırılması uğrunda Beynəlxalq Mübarizə Günü elan edib.

AZƏRTAC “calend.ru” saytına istinadla xəbər verir ki, BMT hökumətlərə, beynəlxalq və qeyri-hökumət təşkilatlarına həmin gün ictimaiyyətin diqqətini bu problemə cəlb etməyə yönəldilmiş tədbirlər keçirməyi tövsiyə edib. 1960-cı ildə Dominikan Respublikasında baş vermiş hadisə beynəlxalq günün elan edilməsinə tarixi şərait yaradıb. Fəal siyasətçilər olan Mirabal soyadlı üç bacı Dominikan diktatoru Rafael Truxilyonun əmri ilə vəhşicəsinə öldürülüb.

BMT-nin Baş katibi Antoniu Quterriş bildirib ki, bütün qadınların və qızların zorakılıqdan uzaq yaşamaq hüququ var. Ancaq dünyanın müxtəlif guşələrində onların bu hüquqları kobudcasına pozulur. Xüsusən daha yoxsul və zəif təbəqələrdən olan bir çox qadınlar fiziki, yaxud seksual təhqirlərə məruz qalır. Dünyada hər üç qadından biri bu və ya digər dərəcədə fiziki və ya seksual zorakılıqla üzləşir.

“Qadınlar və qızlar barəsində zorakılığa qarşı kollektiv mübarizənin vaxtı çatıb. Biz ölkələr, regionlar və icmalar səviyyəsində eyni vaxtda əlbir hərəkət etməliyik...”, - deyə A.Quterriş müraciət edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.