İDMAN


Bu gün “Qarabağ” komandası UEFA Avropa Liqasının pley-off mərhələsində mübarizəyə başlayır

Bakı, 22 avqust, AZƏRTAC

Avqustun 22-də Ağdamın “Qarabağ” futbol klubu UEFA Avropa Liqasının pley-off mərhələsində mübarizəyə başlayacaq. “Qarabağ” Şimali İrlandiyanın “Linfild” komandası ilə qarşılaşacaq.

AZƏRTAC xəbər verir ki, Belfastdakı “Windsor Park” stadionunda təşkil olunacaq oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Qarşılaşmanı isveçrəli hakimlər briqadası idarə edəcək. Baş hakim Sandro Sxarer olacaq.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində Albaniya çempionu “Partizani”ni mübarizədən kənarlaşdırıb - 0:0, 2:0. Ağdam təmsilçisi ikinci təsnifat mərhələsində İrlandiyanın “Dundalk” komandasından güclü olub - 1:1, 3:0. “Qarabağ” üçüncü mərhələdə səfərdə Kiprin APOEL komandasına ilk oyunda 2:1 hesabı ilə qalib gəlsə də, Bakıdakı cavab matçında uduzaraq (0:2) qitənin ən nüfuzlu klub turniri ilə vidalaşıb və mübarizəni UEFA Avropa Liqasında davam etdirməli olub.

Mübarizəyə UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsindən başlayan “Linfild” əvvəlcə Farer Adalarının “Torshavn” komandasına (2:2, 1:0), daha sonra “Sutyeska”nı (Monteneqro) məğlub edərək (2:1, 3:2) pley-off mərhələsinə vəsiqə qazanıb.

“Qarabağ” komandası “Linfild” ilə oyuna itkilərlə çıxacaq. APOEL ilə Bakıda keçirilən oyunda müvafiq olaraq sarı və qırmızı vərəqə alan mərkəz müdafiəçisi Rahil Məmmədov və yarımmüdafiəçi Riçard Almeyda cəzalı duruma düşüblər. Digər mərkəz müdafiəçisi Bədavi Hüseynov ilə yarımmüdafiəçi Filip Ozobiçin də zədə üzündən meydana çıxmayacaqları bildirilib.

Qeyd edək ki, görüş “CBC Sport” telekanalı vasitəsilə birbaşa yayımlanacaq. Bu komandalar arasında cavab görüşü avqustun 29-da Tofiq Bəhramov adına Respublika Stadionunda olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.