İDMAN


Bu gün “Qarabağ”ın və “Qəbələ”nin avrokuboklarda rəqibləri müəyyənləşəcək

Bakı, 17 iyul, AZƏRTAC

İyulun 17-də UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunları start götürəcək.

AZƏRTAC xəbər verir ki, ilk oyun günündə 10 qarşılaşma keçiriləcək.

Azərbaycan çempionu “Qarabağ”ın potensial rəqibləri - Maltanın “Valetta” və Albaniyanın “Kukesi” komandaları üz-üzə gələcəklər. Bu komandalar arasında ilk qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb.

Bu gün, həmçinin “Qarabağ” – “Olimpiya” qarşılaşmasında məğlub olacaq komandanın Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi də müəyyənləşəcək. İlk oyunda Şimali İrlandiyanın “Kruzaders” kollektivini 7:0 hesabı ilə darmadağın edən Bolqarıstanın “Ludoqorets” komandası böyük ehtimalla UEFA Çempionlar Liqasında növbəti mərhələyə vəsiqə qazanacaq. “Kruzaders” isə möcüzə baş verməsə Avropa Liqasının II təsnifat mərhələsində çıxış edəcək.

Qeyd edək ki, ilk matçda səfərdə Sloveniyanın “Olimpiya” klubunu 1:0 hesabı ilə məğlub edən “Qarabağ” iyulun 18-də cavab görüşünə çıxacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:00-da başlayacaq.

Bu gün, eyni zamanda, UEFA Avropa Liqasının I təsnifat mərhələsinin üç cavab görüşü keçiriləcək. Belə ki, Macarıstanın “Honved” klubu ilə Makedoniyanın “Rabotniçki” komandası arasında oynanılacaq qarşılaşma azərbaycanlı futbolsevərlər üçün xüsusi əhəmiyyət kəsb edəcək. Çünki “Qəbələ” klubu Lüksemburq təmsilçisi “Proqres”i üstələyəcəyi təqdirdə II təsnifat mərhələsində məhz bu oyunun qalibi ilə görüşəcək. İlk görüşdə “Rabotniçki” evdə 2:1 hesablı qələbə qazanıb. “Qəbələ” isə doğma meydanda 0:2 hesabı ilə uduzub. “Qırmızı-qaralar”ın cavab matçı iyulun 19-da Lüksemburqda oynanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.