İDMAN


Bu gün “Qəbələ” komandası Lüksemburqun “Proqres” klubu ilə qarşılaşacaq

Bakı, 12 iyul, AZƏRTAC

Azərbaycanın Avropa Liqasındakı təmsilçilərindən “Qəbələ” futbol komandası iyulun 12-də ilk matçına çıxacaq.

AZƏRTAC xəbər verir ki, “qırmızı-qaralar” birinci təsnifat mərhələsi çərçivəsində Lüksemburqun “Proqres” klubunu Qəbələ şəhər stadionunda qəbul edəcək.

Bakı vaxtı ilə saat 20:00-da başlayacaq oyunu Moldovadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Veaceslav Banari olacaq. Ona yan xətt hakimləri Vasili Ermischin və Dumitru Ciobanu kömək edəcəklər. Görüşdə dördüncü hakim funksiyasını Andrei Cojocaru yerinə yetirəcək.

Bu Azərbaycan Premyer Liqasının gümüş mükafatçısının yeni baş məşqçisi Sənan Qurbanov üçün ilk rəsmi matç olacaq. Oyunda “Qəbələ” komandası doğma azarkeşləri önündə sərfəli nəticə qazanmağa çalışacaq.

Xatırladaq ki, “Qəbələ” futbol komandası 2018/2019-cu il mövsümünə və Avroliqaya hazırlaşmaq üçün Sloveniyada toplanışda olub. “Qırmızı-qaralar” həmin hazırlıq prosesində üç yoxlama oyunu keçiriblər. Təmsilçimiz Albaniyanın “Kukesi” (1:1), Xorvatiyanın “Dinamo” (0:2) və Polşanın “Krakoviya” (0:1) klubları ilə qarşılaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.