İDMAN


Bu gün “Qızıl top” mükafatının sahibi müəyyənləşəcək

Bakı, 29 noyabr, AZƏRTAC

Noyabrın 29-da “Qızıl top” mükafatının sahibi müəyyənləşəcək.

AZƏRTAC xəbər verir ki, mükafatın təqdimetmə mərasimi Parisdə keçiriləcək.

“Qızıl top”a 30 futbolçu iddialıdır. Bunlardan 1-i qapıçı, 5-i müdafiəçi, 10-u yarımmüdafiəçi, 14-ü isə hücumçudur.

Mükafata əsas namizədlər “Bavariya” klubundan Robert Levandovski, “Paris Sen-Jermen”dən Lionel Messi, “Real Madrid”dən Kərim Benzema və “Mançester Yunayted” klubundan Kriştiano Ronaldodur.

Bu mükafata, həmçinin qapıçılardan Canluici Donnarumma (“Milan”, İtaliya/“Paris Sen-Jermen”, Fransa), müdafiəçilərdən Leonardo Bonuççi, Corcio Kyellini (hər ikisi - “Yuventus”, İtaliya), Ruben Diaş (“Mançester Siti”, İngiltərə), Sezar Aspilikueta (“Çelsi”, İngiltərə), Simon Kyaer (“Milan”, İtaliya), yarımmüdafiəçilərdən Nikolo Barella (“İnter”, İtaliya), Luka Modriç (“Real Madrid”, İspaniya), Kevin de Bröyne, Fil Foden, Riyad Mahrez (hər üçü – “Mançester Siti”, İngiltərə), Jorjinyo, Nqolo Kante, Meyson Maunt (hər üçü – “Çelsi”, İngiltərə), Pedri (“Barselona”, İspaniya), Brunu Fernandeş (“Mançester Yunayted”, İngiltərə), hücumçulardan Lautaro Martines (“İnter”, İtaliya), Kərim Benzema (“Real Madrid”, İspaniya), Rahim Sterlinq (“Mançester Siti”, İngiltərə), Kriştiano Ronaldo (“Mançester Yunayted”, İngiltərə), Kilian Mbappe, Lionel Messi, Neymar (hər üçü - “Paris Sen-Jermen”, Fransa), Erlinq Holann (“Borussiya Dortmund”, Almaniya), Romelu Lukaku (“Çelsi”, İngiltərə), Harri Keyn (“Tottenhem”, İngiltərə), Robert Levandovski (“Bavariya”, Almaniya), Jerar Moreno (“Vilyarreal”, İspaniya), Məhəmməd Salah (“Liverpul”, İngiltərə) və Luis Suares (“Atletiko Madrid”, İspaniya) də namizəddirlər.

Tədbirdə ilin ən yaxşı qadın futbolçusuna “Qızıl top”, ən yaxşı qapıçısına isə Lev Yaşin mükafatı təqdim olunacaq. Sonuncu mükafata italiyalı Canluici Donnarumma, kosta-rikalı Keylor Navas (hər ikisi - “Paris Sen-Jermen”, Fransa), almaniyalı Manuel Noyer (“Bavariya”, Almaniya), braziliyalı Ederson (“Mançester Siti”, İngiltərə), sloveniyalı Yan Oblak (“Atletiko”, İspaniya), sloveniyalı Samir Handanoviç (“İnter”, İtaliya), danimarkalı Kasper Şmeyxel (“Lester Siti”, İngiltərə), belçikalı Tibo Kurtua (“Real Madrid”, İspaniya), seneqallı Eduard Mendi (“Çelsi”, İngiltərə) və argentinalı Emiliano Martines (“Aston Villa”, İngiltərə) iddia edirlər.

Qeyd edək ki, “Qızıl top” mükafatının qalibi dünyanın 96 jurnalistinin səsverməsi nəticəsində bəlli olur. “France Football” nəşri koronavirus pandemiyasına görə ötən il mükafatı heç bir oyunçuya verməyib. “Qızıl top”u sonuncu dəfə 2019-cu ildə Lionel Messi qazanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.