İDMAN


Bu gün Qran-Pri turnirinin ikinci mərhələsinin yarımfinal yarışları keçiriləcək

Bakı, 3 iyul, AZƏRTAC

İyulun 3-də Beynəlxalq Şahmat Federasiyasının təşkilatçılığı ilə sürətli şahmat üzrə onlayn formatda “Women's Speed Chess Championship” yarışı çərçivəsində Qran-Pri turnirinin ikinci mərhələsinin yarımfinal yarışları keçiriləcək.

AZƏRTAC xəbər verir ki, yarımfinal görüşlərində rusiyalı şahmatçı Yekaterina Laqno həmyerlisi Valentina Qunina, Anna Uşenina (Ukrayna) Sarasadat Hademalşarieh (İran) ilə mübarizə aparacaqlar.

Yarışın səkkizdəbir final mərhələsində Azərbaycan şahmatçısı Günay Məmmədzadə H.Yifana məğlub olaraq mübarizəni dayandırıb.

Təmsilçimiz iyulun 8-də start götürəcək Qran-Prinin üçüncü mərhələsində də iştirak edəcək.

Qran-Pri dörd mərhələ üzrə keçiriləcək və 21 şahmatçının hər biri üç mərhələdə iştirak edəcək. Mərhələ yarışlarında ən çox xal toplayan şahmatçılar superfinala vəsiqə qazanacaqlar. Superfinal iyulun 20-də baş tutacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.