İDMAN


Bu gün Sankt-Peterburqda blits üzrə dünya çempionatı start götürəcək

Bakı, 29 dekabr, AZƏRTAC 

Dekabrın 29-da Sankt-Peterburqdakı “Manej” kompleksində blits üzrə açıq dünya çempionatı start götürəcək.

AZƏRTAC xəbər verir ki, blits turnirində ölkəmizi Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Rauf Məmmədov, Gülnar Məmmədova, Günay Məmmədzadə, Zeynəb və Türkan Məmmədyarova bacıları təmsil edəcəklər.

Yarışlara dekabrın 30-da yekun vurulacaq.

Xatırladaq ki, ötən gün dünya çempionatının rapid yarışlarına yekun vurulub. Şahmatçımız Şəhriyar Məmmədyarov çempionluğa çox yaxın olsa da, sonuncu turda Daniel Dubov ilə heç-heçə nəticəsində xal itirərək 10,5 xalla ikinci yeri tutub. Qədir Hüseynov 9 xalla 37-ci, Rauf Məmmədov 8 xalla 77-ci sırada qərarlaşıblar.

Qadınların mübarizəsində isə Gülnar Məmmədova 18-ci (7,5 xal), Günay Məmmədzadə 39-cu (7 xal), Zeynəb Məmmədyarova 76-cı, Türkan Məmmədyarova 79-cu olublar (hərəyə 5,5 xal).

Rapid üzrə kişilər arasında dünya çempionu tituluna rusiyalı şahmatçı Daniel Dubov (11 xal), qadınlarda isə çinli Cu Vencun (10 xal) sahib olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.