CƏMİYYƏT


Bu gün “Səs həftəsi” başlanır

Bakı, 21 yanvar, AZƏRTAC

UNESCO-nun baş konfransının sessiyasında təsis olunmuş və hər il yanvar ayında qeyd edilən “Səs həftəsi” bu il yanvarın 21-də başlanır.

AZƏRTAC UNESCO-nun rəsmi saytına istinadla bildirir ki, “Səs həftəsi” ərzində əhalinin sosial məsələlərə dair məlumatlanma səviyyəsini artırmağa yönəlmiş bir sıra tədbirlər, konfranslar və forumlar keçirilir.

Yaşından asılı olmayaraq hər kəs üçün əhəmiyyət kəsb edən səs iqtisadi, ekoloji, sosial, tibbi, sənaye və mədəniyyət sahələrini əhatə edir. İnsanların fərdi və kollektiv davranışına təsir göstərən səs onların qarşılıqlı münasibətlərinin formalaşmasına kömək edir. Səlahiyyət dairəsi kifayət qədər geniş olan UNESCO səs ilə bağlı məsələlərin, o cümlədən səs mühiti, insanların sağlamlığı, səsyazma, onun qorunub saxlanması və təkrarlanması, təsvir ilə səs arasında, habelə musiqi səsi ilə insanın öz fikrini ifadə etdiyi səs arasında əlaqə məsələlərini müzakirə etmək üçün ən yaxşı məkandır.

Səs mühiti, əhalisi sıx olan şəhərlərə insan axınının davam etməsi faktı şəhərlərin planlaşdırılması sahəsində mütəxəssisləri çox narahat edir. Builki səs həftəsi “Səs şəhər planlaşdırmasının struktur elementidir” mövzusuna aid məsələlərin fəal müzakirəsi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.