İDMAN


Bu gün Suqovuşanda avarçəkmə üzrə “Prezident kuboku-2022” turnirinə start veriləcək

Suqovuşan, 6 may, AZƏRTAC

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının təşkilatçılığı ilə bu gün işğaldan azad olunmuş torpaqlarımızda ilk beynəlxalq turnirə - avarçəkmə üzrə “Prezident kuboku-2022”yə start veriləcək.

AZƏRTAC xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş turnirin açılış mərasimi və ilk yarış günü Suqovuşanda olacaq. Azərbaycan ilə yanaşı, Türkiyə, Gürcüstan, Moldova və Özbəkistandan 100-dən artıq avarçəkənin qatılacağı turnirdə idmançılar Suqovuşan su anbarında kayak və kanoe növlərində mübarizə aparacaqlar. Mayın 7-də Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində akademik avarçəkmə üzrə qaliblər müəyyənləşəcək.

“Prezident kuboku-2022” turnirinə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən su üzərində 3D effektli şou və atəşfəşanlıqla yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.