İDMAN


Bu gün Topaz Premyer Liqasında turun mərkəzi oyunu keçiriləcək

Bakı, 23 sentyabr, Nicat Məmmədov, AZƏRTAC

Sentyabrın 23-də Topaz Premyer Liqasının beşinci turunun son iki oyunu keçiriləcək.

AZƏRTAC xəbər verir ki, beşinci turun ikinci gününün ilk oyununda “Keşlə” klubu doğma meydanda “ASK Arena”da “Sumqayıt” komandasını qəbul edəcək. Orxan Məmmədovun idarə etdiyi oyun Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

Turun mərkəzi qarşılaşması isə “Azərsun Arena”da baş tutacaq. Keçən mövsüm Topaz Premyer Liqasının çempionu və gümüş mükafatçıları “Qarabağ” və “Qəbələ” üz-üzə gələcəklər. Bu komandalar arasında keçirilən son 10 oyunda üstünlük Ağdam təmsilçilərindədi. Beş dəfə “Qarabağ” klubu, üç oyunda isə “Qəbələ” klubu qələbə qazanıb. İki oyunda heç-heçə qeydə alınıb. Görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Oyunda ədaləti təmin etmək Əliyar Ağayeva tapşırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.