İDMAN


Bu gün Topaz Premyer Liqasının 20-ci turuna start veriləcək

Bakı, 9 mart, AZƏRTAC

Martın 9-da futbol üzrə Topaz Premyer Liqasının 20-ci turuna start veriləcək.

AZƏRTAC xəbər verir ki, turun oyunları iki gün ərzində keçiriləcək. Turun saat 15:00-da başlayacaq birinci görüşündə “Keşlə” və “Sabah” komandaları üz-üzə gələcəklər. Qarşılaşmanı Rəhim Həsənov idarə edəcək.

Ölkə kubokunun sonuncu qalibi olan “Keşlə” hazırda 16 xalla 7-ci, debütant “Sabah” isə 21 xalla 5-ci pillədə qərarlaşıb. Bu komandalar arasında ilk iki dövrənin qarşılaşmalarında “Sabah” qalib gəlib.

İyirminci turun birinci gününə saat 18:30-da oynanılacaq “Qarabağ” – “Zirə” matçı ilə yekun vurulacaq. Görüşün baş hakimi Rauf Cabbarov olacaq. Ağdam təmsilçisi son on oyunda uduzmayıb. Paytaxt təmsilçisi isə son dörd qarşılaşmada məğlub olmayıb.

Turun martın 10-da keçiriləcək digər oyunlarında “Qəbələ” klubu “Səbail”, “Sumqayıt” isə “Neftçi”ni qəbul edəcək.

Bütün görüşlər “CBC Sport” televiziyası ilə birbaşa yayımlanacaq.

On doqquz turdan sonra turnir cədvəlində “ikihakimiyyətlilik” yaranıb. Hazırda hər ikisinin aktivində 41 xal olan “Neftçi” və “Qarabağ” birinci və ikinci yerləri bölüşürlər. “Səbail” klubu 31 xalla üçüncü, 25 xalı olan “Qəbələ” isə dördüncü yerdədir. Digər pillələrdə müvafiq olaraq, “Sabah” (21), “Zirə” (18), “Keşlə” (16) və “Sumqayıt” (16) yer alıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.