İDMAN


Bu gün Türkiyə çempionatının 23-cü turunun mərkəzi qarşılaşması keçiriləcək

Bakı, 23 fevral, İlyas Zeynallı, AZƏRTAC

Fevralın 23-də futbol üzrə Türkiyə Super Liqasının 23-cü turun mərkəzi qarşılaşması keçiriləcək.

AZƏRTAC xəbər verir ki, “Şükrü Saracoğlu” stadionunda baş tutan görüşdə iki əzəli rəqib “Fənərbaxça” və “Qalatasaray” komandaları üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Bu, iki komanda arasında 391-ci görüş olacaq. “Qalatasaray” əzəli rəqibini 1999-cu ildən səfərdə yenə bilmir.

Hazırda “sarı-qırmızılar” 42 xalla 4-cü, “sarı-lacivərdlilər” isə 38 xalla 6-cı pillədə qərarlaşıb. “Cim-Bom” bu gün qələbə qazanacağı təqdirdə, lider “Trabzonspor” və “Sivasspor”la xallarını bərabərləşdirəcək.

Qeyd edək ki, bu tur “Trabzonspor” klubu “Beşiktaş”la səfər matçından 2:2 hesablı heç-heçə ilə ayrılıb. “Sivasspor” isə “Alanyaspor”a qalib gəlib - 1:0.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.