İDMAN


Bu gün UEFA Avropa Liqasında cavab oyunları keçiriləcək

Bakı, 11 avqust, AZƏRTAC

Bu gün UEFA Avropa Liqasında üçüncü təsnifat mərhələsi başa çatacaq.

AZƏRTAC xəbər verir ki, növbəti oyun günündə daha altı cavab qarşılaşması keçiriləcək.

Saat 20:00-da başlayacaq ilk oyun HİK (Helsinki, Finlandiya) və “Maribor” (Sloveniya) komandaları arasında təşkil olunacaq (ilk oyun - 2:0). Türkiyənin “Fənərbağça” komandası Çexiyada “Slovaçko” klubunun qonağı olacaq. “Sarı-lacivərdlilər” İstanbuldakı ilk matçda rəqib komanda üzərində 3:0 hesablı qələbə qazanıblar. “Sürix” (İsveçrə) öz meydanında “Linfild”i (Şimali İrlandiya, ilk oyun - 2:0) qəbul edəcək. Hər iki görüş saat 21:00-da start götürəcək.

Günün saat 22:00-da başlayacaq digər oyununda “Düdelanj” (Lüksemburq) və “Malmö” (İsveç, ilk oyun - 0:3) klubları qarşılaşacaq. Bu oyundan yarım saat sonra “Slovan” (Bratislava, Slovakiya) və “Olimpiakos” (Yunanıstan, ilk oyun - 1:1) görüşü başlayacaq.

Saat 23:00-də start veriləcək “Partizan” (Serbiya) - AEK (Larnaka, Kipr, ilk oyun - 1:2) qarşılaşması ilə Avroliqanın ikinci oyun gününə yekun vurulacaq.

Qeyd edək ki, bundan əvvəl Şimali Makedoniyada “Şkupi”yə 2:1 hesabı ilə qalib gələn İrlandiyanın “Şemrok Rovers” klubu adını pley-off mərhələsinə yazdırıb. Qonaq komanda ilk matçı da qələbə ilə başa vurub - 3:1.

Xatırladaq ki, pley-off mərhələsinin matçları avqustun 18-də və 25-də keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.