İDMAN
Bu gün UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinin cavab qarşılaşmalarına start veriləcək
Bakı, 20 fevral, AZƏRTAC
Fevralın 20-də UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinin cavab qarşılaşmalarına start veriləcək.
AZƏRTAC xəbər verir ki, cavab görüşləri “Sevilya” (İspaniya)–“Latsio” (İtaliya) oyunu ilə başlayacaq. Komandaların İtaliyada keçirilən görüşündə ispanlar minimal hesabla üstün olublar (0:1). “Latsio” növbəti mərhələyə vəsiqə qazanmaq üçün iki top fərqi ilə udmalıdır. Hər bir heç-heçə “Sevilyan”ı növbəti mərhələ aparacaq. “Xose Kastro Karmona” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə 21:00-da başlayacaq.
“Sevilya”nın heyətində Maksimilian Vyober və komandanın əsas futbolçularından hesab olunan Ever Baneqa cəza səbəbindən bu matçı buraxacaq. “Latsio”nun isə heyətində itki yoxdur.
Qeyd edək ki, onaltıdabir final mərhələsinin digər cavab oyunları fevralın 21-də keçiriləcək.
Turnirin final qarşılaşması mayın 29-da Bakı Olimpiya Stadionunda olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [17:06]
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
- 24.04.2024 [16:52]
Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb
- 24.04.2024 [14:51]
NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub
- 24.04.2024 [14:14]
Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər
- 24.04.2024 [13:54]
Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb
- 24.04.2024 [12:54]
“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu
- 24.04.2024 [12:30]
“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq
- 24.04.2024 [12:20]