İDMAN


Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turunun görüşləri keçiriləcək

Bakı, 8 noyabr, AZƏRTAC

Noyabrın 8-də UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün qrup mərhələsinin dördüncü turunun görüşləri keçiriləcək.

AZƏRTAC xəbər verir ki, gün ərzində 24 qarşılaşma oynanılacaq. Turnirin E qrupunda yer alan Ağdamın “Qarabağ” komandası səfərdə Ukraynanın “Vorskla” kollektivinin qonağı olacaq. Bu qrupun digər oyununda “Arsenal” Portuqaliyanın “Sportinq” komandasını qəbul edəcək.

Gün ərzində aşağıdakı görüşlər oynanılacaq:

A qrupu: “Bayer Leverkuzen” (Almaniya) – “Sürix” (İsveçrə)

“Ludoqorets” (Bolqarıstan) – “AEK Larnaka” (Kipr)

B qrupu: “Seltik” (Şotlandiya) - “Leypsiq” (Almaniya)

“Rusenborq” (Norveç) - “Zaltsburq” (Avstriya),

C qrupu: “Bordo” (Fransa) - “Zenit” (Rusiya)

“Slaviya Praqa” (Çexiya) - “Kopenhagen” (Danimarka)

D qrupu: “Fənərbağça” (Türkiyə) - “Anderlext” (Belçika)

“Dinamo Zaqreb” (Xorvatiya), “Spartak Trnava” (Slovakiya);

E qrupu: “Vorskla” (Ukrayna) - “Qarabağ” (Azərbaycan)

“Arsenal” (İngiltərə) - “Sportinq” (Portuqaliya)

F qrupu: “Olimpiakos” (Yunanıstan) - “Düdelanj” (Lüksemburq)

“Betis” (İspaniya) - “Milan” (İtaliya)

G qrupu: “Rapid” (Avstriya) - “Vilyarreal” (İspaniya)

“Spartak Moskva” (Rusiya) - “Qlazqo Reyncers” (Şotlandiya)

H qrupu: “Apollon Limasol (Yunanıstan) - “Ayntraxt” (Almaniya)

“Latsio” (İtaliya) - “Marsel” (Fransa)

I qrupu: “Genk” (Belçika) – “Beşiktaş” (Türkiyə)

“Malmö” (İsveç) - “Sarpsborq” (Norveç)

J qrupu: “Akhisar Belediyespor” (Türkiyə) - “Sevilya” (İspaniya)

“Krasnodar” (Rusiya) - “Standard Liq” (Belçika)

K qrupu: “Astana” (Qazaxıstan) – “Yablonets” (Çexiya)

“Dinamo” (Ukrayna) - “Renn” (Fransa)

L qrupu: BATE (Belarus) - “Çelsi” (İngiltərə)

“Videoton” (Macarıstan) - PAOK (Yunanıstan)

Tur çərçivəsində iki görüş saat 19:50-də, 11 qarşılaşma saat 21:55-də, digər 11 matç isə gecə saat 12-də başlayacaq.

UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final oyunu gələn il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.