İDMAN


Bu gün UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinin püşkü atılacaq

Bakı, 22 fevral, AZƏRTAC

Bu gün İsveçrənin Nyon şəhərində futbol üzrə UEFA Avropa Liqasının

səkkizdəbir final mərhələsinin püşkü atılacaq.

AZƏRTAC xəbər verir ki, UEFA Avropa Liqasının püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Püşk səkkizdəbir finala vəsiqə qazanan “Krasnodar” (Rusiya), “Benfika” (Portuqaliya), “Çelsi” (İngiltərə), “Dinamo” (Kiyev, Ukrayna), “Slaviya” (Praqa, Çexiya), “İnter” (İtaliya), “Renn” (Fransa), "Arsenal” (İngiltərə), “Dinamo” (Zaqreb, Xorvatiya), “Ayntraxt” (Frankfurt, Almaniya)

“Napoli” (İtaliya), “Zaltsburq” (Avstriya) “Valensiya” (İspaniya), "Zenit" (Rusiya), “Vilyarreal” (İspaniya) və "Sevilya" (İspaniya) komandaların arasında atılacaq.

UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinin ilk oyunları aprelin 7-də, cavab görüşləri isə mayın 14-də keçiriləcək.

Final qarşılaşması isə mayın 29-da Bakı Olimpiya Stadionunda olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.