İDMAN
Bu gün UEFA Avropa liqasının qalibi müəyyənləşəcək VİDEO
Bakı, 18 may, AZƏRTAC
Bu gün futbol üzrə Avropa Liqasının 2015/2016 mövsümünün qalibi müəyyənləşəcək.
AZƏRTAC xəbər verir ki, həlledici görüşdə İngiltərənin “Liverpul” və İspaniyanın “Sevilya” klubları qarşılaşacaq.
Bazeldə “Sankt-Yakob Park”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Final görüşü hər iki komanda üçün vacib olsa da, İspaniya təmsilçisi üçün bu görüşün xüsusi əhəmiyyəti var. İki mövsüm ardıcıl (2013/2014, 2014/2015) Avroliqanın çempionluğunu yaşamış “Sevilya” bu gün qələbə qazanacağı təqdirdə ardıcıl 3-cü dəfə qitə turnirinin qızıl medalını muzeyə aparacaq.
“Liverpul” isə sonuncu dəfə 2000/2001 mövsümündə Avropa Liqasının çempionluğunu bayram edib. İngiltərəlilər yarımfinalda İspaniya “Vilyarreal”ını, “Sevilya” isə Ukrayna “Şaxtyor”unu (Donetsk) məğlub edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.04.2024 [14:45]
Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
- 20.04.2024 [14:07]
Superliqa klubu tanınmış futbolçunu heyətdən kənarlaşdırıb
- 20.04.2024 [12:39]
Kişi şahmatçıların Azərbaycan çempionatında yarımfinalçıları bəlli olub
- 20.04.2024 [11:58]
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun ikinci gününə start verilib
- 20.04.2024 [11:33]
Aslan Kərimov: Rinat Abdaşov hava limanından otelə qədər başı şampunlu getdi
- 20.04.2024 [10:35]