İDMAN


Bu gün UEFA Çempionlar Liqasında V tura yekun vurulacaq

Bakı, 28 noyabr, Nicat Məmmədov, AZƏRTAC

Noyabrın 28-də UEFA Çempionlar Liqasında V turda daha səkkiz oyunu oynanılacaq.

AZƏRTAC xəbər verir ki, “A”, “B”, “C” və “D” qruplarında oyunları ilə V tura yekun vurulacaq.

Günün mərkəzi qarşılaşması Fransada baş tutacaq. Fransanın “Pari Sen-Jermen” klubu İngiltərənin “Liverpul” klubu ilə münasibətlərə aydınlıq gətirəcək.

“C” qrupun digər oyununda İtaliya təmsilçisi “Napoli” doğma azarkeşlər önündə Serbiyanın “Crvena Zvezda” kollektivinin müqavimətini qırmağa çalışacaq. Qrupda hazırkı vəziyyət belədir: “Napoli” (6), “Liverpul” (6), “Pari Sen-Jermen” (5), “Crevena Zvezda” (4).

Günün digər maraqla gözlənilən oyunu İngiltərədə oynanılacaq. “Tottenhem” “Uembli” stadionunda İtaliyanın “İnter” klubu ilə qarşılaşacaq. London təmsilçisi qrupdan çıxmaq üçün mütləq qələbə qazanmalıdırsa, italyanlara növbəti mərhələyə vəsiqə qazanmaq üçün heç-heçə də kifayət edir. Qrupda növbəti mərhələyə vəsiqəni təmin edən İspaniyanin “Barselona” klubu isə səfərdə Hollandiyanın PSV komandası ilə üz-üzə gələcək.

“B” qrupunda xal durumu: “Barselona” (10), “İnter” (7), “Tottenhem” (4), PSV (1).

“A” və “D” qruplarında aşağıdakı oyunlar keçiriləcək:

A qrupu

“Atletiko Madrid” (İspaniya) – “Monako” (Fransa)

“Borussiya” (Dortmunt, Almaniya) – “Brügge” (Belçika)

“D” qrupu

“Lokomotiv” (Rusiya) – “Qalatasaray” (Türkiyə)

“Portu” (Portuqaliya) – “Şalke” (Almaniya).

UEFA-nın yeni reqlamentinə əsasən, “Atletiko Madrid” – “Monako”, “Lokomotiv” – “Qalatasaray” matçları Bakı vaxtı ilə saat 21:45-də, qalan oyunlar saat 12-də start götürəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.