İDMAN


Bu gün UEFA Çempionlar Liqasında dörddəbir final mərhələsinə yekun vurulacaq

Bu gün UEFA Çempionlar Liqasında dörddəbir final mərhələsinə yekun vurulacaq

Bakı, 13 aprel, AZƏRTAC

Bu gün UEFA Çempionlar Liqasında dörddəbir final mərhələsinə yekun vurulacaq.

AZƏRTAC xəbər verir ki, bununla da yarımfinalın bütün iştirakçıları bəlli olacaq.

İngiltərə təmsilçilərindən “Liverpul” cavab oyununu evdə, “Mançester Siti” isə səfərdə keçirəcək. “Liverpul” ilk matçda Portuqaliyada 3:1 hesabı ilə qalib gəldiyi “Benfika”nı qəbul edəcək. Görüşün baş hakimi niderlandlı Serdar Gözübüyük olacaq.

Qarşılaşma öncəsi meydan sahiblərinin heyətində hər hansı itki yoxdur. Qonaqlarda isə Rafa Silva zədə səbəbindən oynamayacaq.

“Mançester Siti” isə İspaniyanın “Atletiko Madrid” komandasının qonağı olacaq. “Şəhərlilər” evdəki ilk görüşdə minimal hesablı qələbə qazanıb. Matçı almaniyalı Daniel Zibert idarə edəcək.

Madrid klubunda Xose Mariya Ximenes və Ektor Erreranın meydana çıxması sual altındadır. Mançester təmsilçisində isə Qabriel Jezus cəzalı olduğu üçün oyunu buraxacaq.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.